Təbii doğuş yoxsa qeysəriyyə - HANSI MƏSLƏHƏTDİR?

Ginekoloq Xəyalə Təhməzi 05.12.2018 0 Просмотры

Описание

MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
Sonsuzluğun müalicəsi,süni mayalanma (EKO

Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan

Müasir zəmanəmizdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır və ana olmağa hazırlaşan bir çox xanımlar, xüsusən də doğuş sancılarında qorxan xanımlar bu yolu seçirlər. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyyatının da fəsadları var.

Bir neçə gün öncə Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Oksana Əliyeva əməliyyat zamanı vurulan narkozdan komaya düşüb və dünyasını dəyişib. Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Bir çoxları qeysəriyyə əməliyyatlarının arxasında biznes maraqları durduğunu və buna görə də klinikaların ehtiyac duyuldu-duyulmadı, ana olmağa hazırlaşan xanımları qeysəriyyə əməliyyatına aldıqlarını düşünür.

Qeyd edək ki, təbii doğuşla qeysəriyyə əməliyyatı arasında 200-300 manata yaxın bir fərq olur. Məsələn, özəl klinikaların əksəriyyətində təbii doğuş 1000 manata, qeysəriyyə əməliyyatı isə 1200 manata həyata keçirilir.
Normal doğuş adından anlaşıldığı kimi doğuşun təbii şəklidir. Bu səbəbdən də ana və uşaq üçün ən sağlıqlı olan formasıdır. Qeysəriyyə əslində doğuşun növlərindən biri deyil. Qeysəriyyə doğuşun normal yollarla həyata keçirilməsi mümkün olmadıqda, yaxud ana və ya dölün risk altında olduğu hallarda onların sağlamlığını qorumaq üçün aparılan bir əməliyyatla körpənin dünyaya gətirilməsidir. İstəyə bağlı olaraq aparılan qeysəriyyə əməliyyatı heç də sağlam bir hal deyil. Yəni bəzən ana namizədlər elə düşünürlər ki, normal doğuş zamanı körpəni riskə atmış olurlar və təbii doğuş zamanı uşaqlar hər hansı bir fəsad ala, bu, onun gələcək həyatına təsir göstərə bilər. Əslində isə doğuş həm ana, həm də uşaq baxımından hər şey qaydasında və normal şəkildə gedirsə, həm ana, həm uşaq üçün gələcəkdə heç bir problem təşkil etməyən fizioloji bir prosesdir. Bir qarın əməliyyatı ilə gerçəkləşən doğuşun normal yolla, bir neçə tikişlə gerçəkləşən doğuşdan daha sağlıqlı ola bilməz. Bütün elmi araşdırmalar da bunu göstərməkdədir. Amma belə bir həqiqət də var ki, ana və uşağın həyatını təhlükəyə sala biləcək bir hal varsa və yaxud normal doğum mümkün deyilsə, bu zaman qeysəriyyə əməliyyatı faydalıdır. Həqiqətən də bəzən bizim üçün ana və dölün həyatını qurtarmaq üçün bu bir çıxış yoludur. Qeysəriyyə üçün bir göstəriş olmadığı halda ananın normal doğuş etməsi həm özü, həm də uşaq baxımından daha sağlam olanıdır